U-13 qələbə ilə başladı
Xəbərlər / 31 Mart 2015 | 07:15304
U-13 qələbə ilə başladı

"Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil olunan ənənəvi beynəlxalq  “VI Manavqat” turnirinin açılış günündə iki oyun keçirib. İlk matçda "Berlin Türkiyemspor"la (Almaniya) qarşılaşan "qırmızı-qaralar" meydançadan minimal üstünlüklü qələbə ilə ayrılıblar - 1:0. Komandamızın yeganə qoluna Ruslan İsmayılov imza atıb. Günün ikinci oyununda "Qəbələ" turnirin iddialı kollektivlərindən olan yerli "Qalatasaray"la üzləşib. Matç istanbulluların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Ülfət Mədətovun komandası növbəti iki oyununu bu gün keçirəcək. Təmsilçimiz saat 17:45-də “Seyrantepespor”, 19:15-də “Özərspor” u sınağa çəkəcək. Aprelin 1-də baş tutacaq son turda “Nordsyelland”la (Danimarka) üz-üzə gələcək. Bu oyunun start fiti saat 13:30-da veriləcək.