U-14 bürünc mükafat qazandı
Xəbərlər / 25 İyun 2024 | 22:42238
U-14 bürünc mükafat qazandı

“Qəbələ” U-14 Liqasının bürünc mükafatçısı olub. Komandamız bu gün keçirilən 3-cü yer uğrunda oyunda “Vətən”lə qarşılaşıb.

 

“Qırmızı-qaralar” bu görüşdə 2:1 hesablı qələbə qazanıb. “Qəbələ”nin qollarını Nicat Rəhimli və Kənan Abdullazadə vurublar. “ASCO Arena”da baş tutan matçdan sonra komandamıza bürünc medallar təqdim olunub.