U-14-dən 12 cavabsız qol
Xəbərlər / 10 Oktyabr 2024 | 10:111208
U-14-dən 12 cavabsız qol

“Qəbələ”nin aşağı yaş qruplarından ibarət komandaları liqalarda növbəti oyunlarını keçiriblər

 

U-19 evdə UFA-nı 8:0 hesabı ilə məğlub edib. 7 oyunda 11 xal toplayan “Qəbələ” turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.

 

U-17 “Dinamo” ilə ev matçından xalsız ayrılıb – 3:4. Keçirdiyi 7 qarşılaşmada 9 xal yığan komandamız 11-ci pillədədir.

 

U-15 səfərdə “Metak”a 3:1 hesabı ilə qalib gəlib. Komandamız 6 oyundan sonra 10 xalla 8-ci pillədə qərarlaşıb.

 

Şimal-Qərb və Qarabağ regionunda mübarizə aparan U-14 və U-13 yeni mövsümə start veriblər. İlk turda U-14 “Qala”nın qapısından 12 cavabsız top keçirib. U-13 isə “Yevlax”ı 5:0 hesabı ilə yenib.