U-15 Antalya toplanışını yekunlaşdırdı
Xəbərlər / 17 Fevral 2014 | 14:08250
U-15 Antalya toplanışını yekunlaşdırdı

Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq prosesini yekunlaşdırıb.  Toplanış çərçivəsində son - üçüncü matçda Hüseynqulu Quliyevin yetirmələri Şotlandiyanın U-15 millisi ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən oyun şotlandların 7:4 hesablı qələbəsi ilə bitib. "Qəbələ" matçın gedişində 4:2 hesabilə önə keçsə də, üstünlüyünü sonadək qoruya bilməyib. Komandamızın heyətində Fərid Nəbiyev (2) və Murad Qayalı (2) fərqlənib.  Xatırladaq ki, "Qəbələ" ilk matçda İsveçrənin "Dietikon" (4:4), ikinci matçda isə  Danimarkanın HB Koge (3:0) kollektivi ilə qarşılaşıb. 
"Qırmızı-qaralar" bu gün gece saatlarında vətənə dönəcək.