U-15-dən ardıcıl ikinci böyükhesablı qələbə
Xəbərlər / 24 Sentyabr 2024 | 17:21621
U-15-dən ardıcıl ikinci böyükhesablı qələbə

“Qəbələ”nin aşağı yaş qruplarından ibarət komandaları liqalarda növbəti oyunlarını keçiriblər. U-19 Gənclər Liqasının 1-ci turundan təxirə salınan matçda “Səbail”in qonağı olub. Məhsuldar görüşdə heç-heçə qeydə alınıb – 2:2. Xallarının sayını 5-ə çatdıran komandamız 7-ci pillədədir.

 

U-17 “Sumqayıt”ın qonağı olub. 3:2 hesablı qələbə qazanan “qırmızı-qaralar” 9 xalla 5-ci yerdədir.

 

“Şamaxı”nın qonağı olan U-15 ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb – 3:0. Komandamız 7 xalla 8-ci pillədə qərarlaşıb.