AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda 2021/22 mövsümünə start verilib. “Qəbələ” Futbol Akademiyasının komandaları U-17, U-16 və U-15 Liqalarında mübarizəyə başlayıb. Səfərdə “Kəpəz”in qonağı olan U-17 Gəncədən bir xalla dönüb – 2:2.
U-16 Qəbələ şəhər stadionunda “Qarabağ”la görüşüb. Bu matçda qonaqlar 2:1 hesablı qələbə qazanıb. U-15 Liqanın B qrupunda yarışan “Qəbələ” öz meydanında “European FA” ilə görüşüb. “Qırmızı-qaralar” rəqibi üzərində böyükhesablı qələbə qazanıb – 5:0.