U-15-dən böyükhesablı qələbə
Xəbərlər / 10 Noyabr 2022 | 22:151389
U-15-dən böyükhesablı qələbə

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçirib. U-19 səfərdə “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. 7 oyunda 19 xal toplayan “Qəbələ” Gənclər Liqasının turnir cədvəlində üçüncüdür.

“Qarabağ”ı qəbul edən U-17 2:0 hesablı qələbə qazanıb. 13 matçda 27 xal yığan komandamız ikinci pillədə qərarlaşıb.

EFA-nı qonaq edən U-16 hesabına üç xal yazıb – 2:1. 9 matçda 18 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin altıncısıdır.

U-15 Liqasının B qrupunda mübarizə aparan “Qəbələ” “Şimal Elit”ı böyük hesabla üstələyib – 6:0. “Qırmızı-qaralar” 11 oyundan sonra 24 xalla üçüncü yerdədir.

“Mingəçevir”lə görüşən U-13 5:1 hesablı qələbə qazanıb. Beş qarşılaşmada 13 xal yığan “qırmızı-qaralar” Şimal-Qərb və Qarabağ regionunun Mingəçevir zonasının lideridir.