“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarımı keçirib. U-19 səfərdə “Şamaxı” ilə heç-heçə oynayıb – 4:4. Keçirdiyi 20 matçda 50 xal toplayan “qırmızı-qaralar” Gənclər Liqasının lideridir.
U-17 “Qarabağ”la səfər görüşündə 2:1 hesablı qələbə qazanıb. 26 matçda 64 xal yığan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
U-16 rəqib meydanında “Qarabağ”ı bir qolla məğlub edib. 20 görüşdə 45 xal toplayan komandamız üçüncü sırada yer alıb. U-15 “Cənub Elit”lə ev matçında böyük hesabla qalib gəlib – 4:1. 22 oyunda 36 xal yığan “qırmızı-qaralar” B qrupunda 5-cidir.