“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.
“Sabah”ın qonağı olan U-19 səfərdən üç xalla dönüb – 2:0. Gənclər Liqasının turnir cədvəlində 2-ci olan komandamız 24 oyunda 55 xal toplayıb.
U-17-nin “Qarabağ”la ev oyunu rəqibin 5 futbolçusu U-17 milliyə cəlb olunduğu üçün təxirə salınıb. 27 matçda 47 xal toplayan “qırmızı-qaralar” 7-ci sırada qərarlaşıb.
U-15 səfərdə “Dinamo”nu 7:1 hesabı ilə məğlub edib. 23 oyunda 41 xal toplayan komandamız 5-ci pillədə qərarlaşıb.