“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.
Səfərdə “Kəpəz”lə görüşən U-19 məhsuldar heç-heçəyə imza atıb – 2:2. Gənclər Liqasının turnir cədvəlində 2-ci olan komandamız 28 oyunda 63 xal toplayıb.
U-17 səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzub. 32 matçda 54 xal toplayan “qırmızı-qaralar” 7-ci sırada qərarlaşıb.
“Neftçi”nin qonağı olan U-15 səfərdən üç xalla dönüb – 1:0. 27 oyunda 51 xal toplayan komandamız 4-cü pillədə qərarlaşıb.