U-15 İtaliyada çıxışını yekunlaşdırdı
Xəbərlər / 22 Aprel 2014 | 05:49248
Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandasının iştirak etdiyi Stefano Qusella xatirə turnirinə yekun vurulub. İtaliyanın Turin şəhərində baş tutan turnirin yekun mərhələsində "qırmızı-qaralar" 17-20-ci yerlər uğrunda mübarizə aparıb. Bu mərhələdə 2 oyun keçirən Hüseynqulu Quliyevin yetirmələri ilk olaraq "Latsio" (İtaliya) ilə qarşılaşıb. Matç italiyalıların 2:0 hesablı qələbəsi ilə bitib. Digər qarşılaşmada "Qəbələ" Çexiya "Sparta"sı ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini bütün komponentlərdə üstələyən "qırmızı-qaralar" Praqa təmsilçisinə 3 cavabsız qolla qalib gəlib və yekun olaraq turnirin 19-cu pilləsində qərarlaşıb. Komandamıza qələbə gətirən qollara Əli Məzahirli, Nəsib Ələkbərov və Elvin İmanlı imza atıb. Xatırladaq ki, 48 komandanın iştirakı ilə baş tutan turnirin qalibi "Roma" olub. Romalılar finalda "Torino"nu (Turin, İtaliya) məğlub etməyi bacarıblar.