U-15 Moldovaya yollanır
Xəbərlər / 8 Mart 2013 | 23:46287
U-15 Moldovaya yollanır

Mayda təşkil olunacaq II Beynəlxalq Qəbələ Kubokunda iştirakçılar arasında yer alacaq  “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Moldovaya yollanır.  Hüseynqulu Quliyevin yetirmələri martın 11-dən 17-dək Tiraspol şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq. “Qəbələ” kubok uğrunda mübarizədə “Şerif” (Moldova), “Zirka” , Uşaq Gənclər İdman Məktəbi , “Sevastopol” (hamısı Ukrayna), “Şinnik” və “Mordaviya” (hər ikisi Rusiya) kollektivləri ilə münasibətlərinə aydınlıq gətirəcək. U-15 Moldovaya aşağıdakı futbolçu heyəti ilə yollanacaq:

Qapıçılar: Süleyman Süleymanov, Toğrul Məmmədbəyli
Müdafiəçilər: Amin Seydiyev, Əzəmət Ələkbərli, Elvin Dəmirov, Sahil Zeynalov, Aqşin Hüseynov
Yarımmüdafiəçilər: Hacıağa Hacılı, Baxşəli Baxşəliyev, Turan Manafov, Fərid Nəbiyev, Əhməd Mirzəyev, Elvin Həsənov, Rövlan Muradov
Hücumçular: Azər İsmayılov, Kənan Rəfiyev, Nurlan Quliyev, Coşqun Süleymanov