“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçirib. Təmsilçilərimiz son bir həftədə AFFA-nın təşkil etdiyi liqalarda meydana çıxıb. U-17 evdə “Neftçi” ilə qolsuz heç-heçə edib. U-16 “Neftçi” İK İB üzərində böyükhesablı ev qələbəsi qazanıb – 4:1. Paytaxt zonasında çıxış edən U-14 eyni hesabla “Neftçi” PFK-ya uduzub. Qızlardan ibarət komandamız isə Yüksək Liqada “Xırdalan City”ni böyük hesabla məğlubiyyətə uğradıb – 4:0. Bu qarşılaşmalardan sonra AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku"nun oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.