U-16-dan böyükhesablı qələbə
Xəbərlər / 20 Oktyabr 2021 | 19:54191
U-16-dan böyükhesablı qələbə

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “Qəbələ” Futbol Akademiyasının komandaları liqa matçlarında meydana çıxıb.

U-16 evdə “Neftçi” İK İB üzərində böyükhesablı qələbə qazanıb – 4:1. U-15 Liqanın B qrupunda yarışan “Qəbələ” öz meydanında “Sabah”la heç-heçə edib – 1:1.

Zona yarışlarında çıxış edən digər komandalarımız Qəbələdə təşkil olunan matçlarda qələbələr qazanıb. “Şirvan”la (Ağdaş) görüşlərdə U-13 5:0, U-12 5:3, U-11 4:2 hesabı ilə qalib gəlib. U-10 isə “Qafqaz Arena”nın qapısından 15 cavabsız top keçirib.