“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası mükafatlandırılıb. AFFA-nın təşkil etdiyi U-16 Liqasında 2018/2019-cu il mövsümünün qalibi adını qazanan “qırmızı-qaralar” yarışın son turunun oyunundan sonra mükafatlarını alıblar. Tədbir Qəbələ şəhər stadionunda baş tutub. ROİL komandası ilə qarşılaşmadakı 11:0 hesablı qələbədən sonra liqanın qalibi olan “Qəbələ”nin U-16 komandasına qızıl medallar və kubok təqdim edilib. Komandamızın futbolçuları fərdi mükafatlar da alıblar. Rauf Rüstəmli liqanın ən yaxşı futbolçusu seçilib. 36 qola imza atan Mehrac Baxışəliyev turnirin bombardiri adına yiyələnib. “Qırmızı-qaralar”ın üzvlərinə mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvləri təqdim ediblər.