U-17 Çempionluq Kubokuna qovuşdu - Fotoreportaj
Xəbərlər / 21 May 2013 | 07:25911
"Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandasının U-17 Liqasının sonuna 2 tur qalmış çempionluğunu elan etməsi barədə xəbər vermişdik. Liqanın son oyunundan - "Qəbələ" - "Xəzər-Lənkəran" matçından sonra mövsümün qaliblərinə çempionluq kuboku təqdim edilib. Öncə çempionatın son qarşılaşması barədə. Güclü yagış altında baş tutan matç "Qəbələ"nin üstünlüyü və böyükhesablı qələbəsi ilə yekunlaşıb - 9:2. Təmsilçimizə 3 xalı gətirən qollara Ehtiram Şahverdiyev (6), Sahil Mirzəyev və Vəzir Musayev imza atıb. 9-cu qol isə lənkəranlı müdafiəçinin passivinə yazılıb - avtoqol.
Matçın ardından U-17 kubok və medallarına qovuşub. Əlavə olaraq təmsilçimiz AFFA-nın hesabına Türkiyədə 1 həftəlik təlim-məşq toplanışı keçirmək hüququ əldə edib. 44 qolla U-17 Liqasının ən sərrast futbolçusu adına yiyələnən Ehtiram Şahverdiyevə də xüsusi kubok təqdim olunub.