U-17-dən 10 qol
Xəbərlər / 17 Sentyabr 2024 | 13:26403
U-17-dən 10 qol

“Qəbələ”nin aşağı yaş qruplarından ibarət komandaları liqalarda növbəti oyunlarını keçiriblər. U-19 Gənclər Liqasının 4-cü turunda doğma meydanda “Kəpəz”i böyük hesabla məğlub edib – 4:0. Bu qələbədən sonra xallarının sayını 4-ə çatdıran komandamız 7-ci pilləyə yüksəlib.

 

U-17 3-cü tur çərçivəsində öz meydanında “Araz-Naxçıvan”la qarşılaşıb. Komandamız bu matçda rəqibini 10:2 hesabı ilə məğlub edərək cari mövsümdə ikinci qələbəsini qazanıb. Aktivinə növbəti 3 xalı yazdıran U-17 altı xalla 8-cidir.

 

Öz meydanında “Asta”nı qəbul edən U-15 komandamız da böyükhesablı qalibiyyətə sevinib – 5:1.  Cari mövsümdə ilk qələbəsini qazanan U-15 dörd xalla 9-cu yerdə qərarlaşıb.