U-17-dən 11 qol
Xəbərlər / 30 Noyabr 2022 | 20:331634
U-17-dən 11 qol

“Qəbələ”  futbol akademiyasının komandaları növbəti oyunlarını keçirib. Təmsilçilərimiz liqalarda turun matçlarına çıxıb. Gənclər Liqasında mübarizə aparan U-19 səfərdə “Kəpəz”ə qalib gəlib – 7:3. 10 oyunda 28 xal toplayan komandamız 2-ci pillədə qərarlaşıb.

İCBFA-nı qəbul edən U-17 on top fərqi ilə qələbə qazanıb – 11:1. 18 matçda 42 xal yığan “qırmızı-qaralar” yarışın lideridir.

U-16 öz meydanında “Mil Muğan”ın qapısından 8 cavabsız top keçirib. “Qəbələ” 12 oyundan sonra 25 xalla 6-cıdır.

U-15 Liqanın B qrupunda çıxış edən “qırmızı-qaralar” səfərdə “Şamaxı”ya uduzub – 0:3. 14 görüşdə 25 xal toplayan komandamız 3-cü sırada yer alıb.

U-13 Liqanın Şimal-Qərb və Qarabağ regionunun Mingəçevir zonasında mübarizə aparan “Qəbələ” “Qala” ilə heç-heçə edib. 8 oyunda 20 xal toplayan komandamız liderdir.