AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib. “Qəbələ” Futbol Akademiyasının U-17, U-16 və U-15 komandaları liqa matçlarında meydana çıxıb.
“Zaqatala”nın qonağı olan U-17 mövsümdə ilk qələbəsini qazanıb. “Qırmızı-qaralar” üç xalı 4 cavabsız qolla qazanıb.
U-16 çətin paytaxt səfərində “Neftçi” PFK-ya qalib gəlib. Bu matçın taleyini bir qol həll edib.
U-15 Liqanın B qrupunda yarışan “Qəbələ” öz meydanında “Kəpəz”lə görüşüb. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 0:8.