U-17-dən 6-cı yer
Xəbərlər / 28 İyun 2024 | 09:41221
U-17-dən 6-cı yer

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. U-17 təxirə salınmış matçda “Kəpəz”in qapısına 4 cavabsız qol vurub. Ardınca “Sumqayıt”la görüşən komandamız 0:2 hesabı ilə məğlub olub.

 

39 oyunda 63 xal toplayan “qırmızı-qaralar” U-17 Liqasında 6-cı yeri tutub. U-16 isə son turda “Sabah”la qarşılaşıb. Komandamız səfərdən xalsız ayrılıb – 0:1. 36 matçda 52 xal yığan “Qəbələ” U-16 Liqasında 8-ci olub.