“Qəbələ” futbol akademiyasının komandaları 2023-cü ilə start verib. U-17, U-16 və U-15 aşağı yaş qrupu üzrə liqalarda növbəti oyunlarını keçirib.
U-17 liqanın lideri olan “Qəbələ” ROFM ilə qarşılaşıb. Komandamız səfərdən böyükhesablı qələbə ilə ayrılıb – 6:1. 23 görüşdə 57 xal toplayan “qırmızı-qaralar” 1-ci pillədə yer alıb.
U-16 evdə “Neftçi” İK İB ilə qarşılaşıb. “Qırmızı-qaralar” 3:1 hesablı qələbə qazanıb. 16 matçda 35 xal toplayan komandamız 6-cı pillədə qərarlaşıb.
“Zirə”nin qonağı olan U-15 səfərdən xalsız dönüb – 1:4. 18 oyunda 29 xal yığan “Qəbələ” turnir cədvəlində 5-cidir.