U-17-dən böyükhesablı qələbə
Xəbərlər / 22 Fevral 2023 | 20:571579
U-17-dən böyükhesablı qələbə

U-19 evdə “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib. 21 oyunda 53 xal toplayan “qırmızı-qaralar” Gənclər Liqasının lideridir.

U-17 öz meydanında “Kəpəz”in qapısından 4 cavabsız top keçirib. 28 matçdan sonra aktivində 70 xal olan komandamız turnir cədvəlinin zirvəsində qərarlaşıb.

EFA-nın qonağı olan U-16 səfər qələbəsinə sevinib – 2:1. Keçirdiyi 22 görüşdə 51 xal toplayan “Qəbələ” ikinci pillədə yer alıb.

U-15 evdə “Şamaxı”ya uduzub – 1:2. 24 qarşılaşmada 39 xal yığan komandamız B qrupunda 6-cıdır.