U-17-dən darmadağın
Xəbərlər / 16 Yanvar 2012 | 20:00508
U-17-dən darmadağın

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası bu gün ilk yoxlama oyununu keçirib. “Antalya Kunduspor”la qarşılaşan komandamız rəqibini meydançaya çıxmağa peşman edib. Daha üstün oyun nümayiş etdirən “Qəbələ” Antalya təmsilçisinin qapısından 7 cavabsız top keçirib. U-17-nin heyətində Fərid Hacıyev (3),  Coşqun Süleymanov (2), Əsgər Nəbiyev və İbrahim Aslanlı fərqləniblər. Famil Xəlilovun yetirmələrinin növbəti yoxlama matçında  yanvarın 20-də  Rusiya “Zenit”inin 18 yaşa qədər futbolçulardan ibarət komandası ilə qarşılaşması planlaşdırılır.