U-17-dən ev, U-16-dan səfər qələbəsi
Xəbərlər / 21 May 2024 | 11:341116
U-17-dən ev, U-16-dan səfər qələbəsi

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.  “Zirə”ni qəbul edən U-17 3:2 hesablı qələbə qazanıb. 33 matçda 59 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlində 5-cidir.

 

U-16 səfərdə İCBFA-ya 3:2 hesabı ilə qalib gəlib. 30 oyunda 44 xal toplayan komandamız 8-ci yerdə qərarlaşıb. 

 

U-15 pley-offun “Sumqayıt”la ilk matçında 0:1 hesabı ilə uduzub. U-13 1/8 finalın “Vətən”lə səfərdəki ilk oyununda eyni hesabla məğlub olub.