U-17-dən səfər qələbəsi
Xəbərlər / 10 Sentyabr 2024 | 12:501476
U-17-dən səfər qələbəsi

 

“Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları liqalarda növbəti oyunlarını keçiriblər. Gənclər Liqasında mübarizə aparan U-19 səfərdə “Qarabağ”la qarşılaşıb. Matç məhsuldar heç-heçə ilə başa çatıb – 2:2. İki oyunda 1 xal toplayan “qırmızı-qaralar” 9-cu pillədə qərarlaşıb.

 

 

“Vətən”in qonağı olan U-17 səfərdən qələbə ilə ayrılıb – 2:1. İki matçda 3 xal yığan komandamız 11-ci sırada yer alıb.