“Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları növbəti oyunlarını keçirib. U-19 Gənclər Liqasının XV turunda istirahət edib. 11 matçda 28 xal toplayan komandamız 4-cü pillədə qərarlaşıb.
“Qarabağ”ı qəbul edən U-17 iki cavabsız qolla qalib gəlib. 19 matçda 45 xal yığan “qırmızı-qaralar” yarışın lideridir. U-16 evdə “Şamaxı”dan güclü olub – 3:1. Keçirdiyi 13 görüşdən sonra hesabında 28 xal olan “Qəbələ” turnir cədvəlində 6-cıdır. U-15 EFA ilə məhsuldar heç-heçə edib – 4:4. 15 matçda 26 xal toplayan komandamız B qrupunda 4-cü sırada yer alıb.