U-19 ÇEMPİON!
Xəbərlər / 10 May 2022 | 18:00186
U-19 ÇEMPİON!

“Qəbələ”nin U-19 komandası Gənclər Liqasının qalibi olub. “Qırmızı-qaralar” çempionluğu XXV turdan təxirə salınan matçda qazanıb. “Qarabağ”la səfər oyununda 6:0 hesabı ilə qalib gələn “Qəbələ” 23 görüşdən sonra xal hesabını 59-a çatdırıb.  “Qırmızı-qaralar”ın heyətində Mehrac Baxşalı üç, Sənan Ağalarov, Şahin Şahniyarov və Cici Akande hərəyə bir qol vurub. Bununla da Zaur Hacıyevin baş məşqçisi olduğu komandamız sonuncu turun nəticələrindən asılı olmayaraq  qızıl medalları təmin edib. U-19 komandamız bu çempionluqla UEFA Gənclər Liqasına vəsiqə qazanıb. 

Bu, “Qəbələ”nin Gənclər Liqasında 7-ci çempionluğudur. “Qırmızı-qaralar” 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20 və kubok formatında keçirilən 2020/21 mövsümlərinin qalibi olub.