"Qəbələ" nin U-19 komandası AFFA Gənclər Liqasında növbəti oyununa çıxıb.
İkinci mərhələdə mübarizə aparan komandamız "Turan Tovuz" üzərində 7:0 hesablı qələbə qazanıb. Hesabın avtoqolla açıldığı matçda komandamızın heyətində Hüseyn Xasməmmədli və Daniel Miracle dubla imza atıb. Rəvan Feyziyev və Ağasəlim Abdullayev isə hərəyə bir qol vurub.
Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran komandamız ikinci pilləyə yüksəlib.