“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.
UFA-nın qonağı olan U-19 səkkiz cavabsız qolla böyükhesablı qələbə qazanıb – 8:0. 20 matçda 43 xal toplayan komandamız Gənclər Liqasında 2-cidir.
U-17 Masallı səfərində eyniadlı komanda ilə heç-heçə edib – 1:1. 24 matçda 40 xal yığan komandamız turnir cədvəlində 6-cıdır.
U-15 evdə “Şamaxı”nı böyük hesabla məğlub edib – 4:0. 19 oyunda 33 xal toplayan “qırmızı-qaralar” 7-ci pillədə qərarlaşıb.