U-19-dan böyükhesablı qələbə
Xəbərlər / 3 Fevral 2025 | 13:3953
U-19-dan böyükhesablı qələbə

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.

 

“Zirə”ni qəbul edən U-19 böyükhesablı qələbə qazanıb – 3:0. 19 matçda 40 xal toplayan komandamız Gənclər Liqasında 3-cüdür.

 

U-17 EFA ilə səfər görüşündən xalsız ayrılıb – 1:3. 22 matçda 36 xal yığan komandamız turnir cədvəlində 7-cidir.

 

U-15 səfərdə “Asta” ilə heç-heçə edib – 0:0. 18 oyunda 30 xal toplayan “qırmızı-qaralar” 7-ci pillədə qərarlaşıb.