“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.
“Turan Tovuz”un qonağı olan U-19 böyükhesablı qələbə qazanıb – 5:2. 22 matçda 49 xal toplayan komandamız Gənclər Liqasında 2-cidir.
U-17 “Sabah”la ev oyununda sülhə imza atıb – 1:1. 27 matçda 47 xal yığan komandamız turnir cədvəlində 6-cıdır.
U-15 səfərdə “Zirə” ilə qolsuz heç-heçə edib – 0:0. 21 oyunda 32 xal toplayan “qırmızı-qaralar” 7-ci pillədə qərarlaşıb.