“Qəbələ” akademiyasının komandaları növbəti oyunlarını keçirib. U-19, U-17, U-16 və U-15 AFFA-nın təşkil etdiyi liqalarda meydana çıxıb. “Sabah”ın qonağı olan U-19 üç cavabsız qolla qələbə qazanıb. Keçirdiyi hər iki matçda qalib gələn “qırmızı-qaralar” 4-cü pillədə yer alıb. Səfərdə “Şamaxı” ilə qarşılaşan U-17 0:1 hesabı ilə uduzub. 7 turdan sonra 14 xala malik komandamız 4-cü pillədə qərarlaşıb.
“Sabah”la qarşılaşan U-16 səfərdən xalsız ayrılıb – 1:6. Üç turda 6 xal yığan “Qəbələ” turnir cədvəlində altıncıdır. U-15 öz meydanında “Şamaxı”ya məğlub olub – 1:4. Dörd oyunda 9 xal toplayan komandamız 3-cü sırada yer alıb.