U-19-dan qələbə
Xəbərlər / 12 Oktyabr 2022 | 16:33984
U-19-dan qələbə

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarımı keçirib. Təmsilçilərimiz liqalarda meydana çıxıb.

 

Səfərdə “Sumqayıt”la görüşən U-19 minimal hesabla qalib gəlib – 1:0. Dörd görüşdə 12 xal toplayan “qırmızı-qaralar” Gənclər Liqasının turnir cədvəlində 4-cüdür.

 

ROFM-ni qəbul edən U-17 məhsuldar keçən matçda qalib gəlib – 4:3. 10 oyunda 20 xal toplayan komandamız ikinci sırada yer alıb.

 

U-16 öz meydanında “Sumqayıt”ı 3:2 hesabı ilə üstələyib. Beş görüşdə 9 xal toplayan “Qəbələ” 6-cı pillədədir.

 

U-15 “Səbail”lə ev görüşündə 2:0 hesablı qələbə qazanıb. 6 qarşılaşmada 15 xal yığan “qırmızı-qaralar” B qrupunda ikincidir.