“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçirib. AFFA-nın liqalarında mübarizə aparan U-19, U-16 və U-15-in iştirakı ilə matçlar baş tutub.
Gənclər Liqasında yarışan “Qəbələ” səfərdə “Səbail”ə qalib gəlib – 1:0. 12 qarşılaşmada 28 xal toplayan “qırmızı-qaralar” liqanın lideridir.
U-16 öz meydanında “Neftçi” PFK-ya uduzub. 1:2 hesablı məğlubiyyət alan komandamız 14 görüşdə 23 xal yığıb. “Qəbələ” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
“Kəpəz”i qəbul edən U-15 növbəti 3 xalı qazanıb – 3:1. B qrupunda çıxış edən “qırmızı-qaralar” 16 oyundan sonra 33 xalla 3-cü sırada yer alıb.