U-19-dan səfər qələbəsi
Xəbərlər / 13 Mart 2024 | 10:181686
U-19-dan səfər qələbəsi

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçiriblər. U-19 səfərdə “Turan Tovuz”a qalib gəlib – 4:2. 20 matçda 44 xal toplayan “qırmızı-qaraıar” Gənclər Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. 

 

U-17 səfərdə “Səbail”ə qalib gəlib – 1:0. 23 oyunda 44 xal toplayan “Qəbələ” 5-ci pillədə qərarlaşıb. “Sumqayıt”ın qonağı olan U-16 səfərdən xalsız dönüb – 0:3. 21 görüşdə 29 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlində 8-cidir. U-15 “Neftçi” PFK ilə matçda üç xal qazanıb – 1:0. 22 oyunda 37 xal toplayan komandamız turnir cədvəlində 7-cidir.