U-19-dan səfər, U-15-dən ev qələbəsi
Xəbərlər / 15 Oktyabr 2024 | 16:52145
U-19-dan səfər, U-15-dən ev qələbəsi

“Qəbələ”nin aşağı yaş qruplarından ibarət komandaları liqalarda növbəti oyunlarını keçiriblər

 

U-19 səfərdə “Araz-Naxçıvan”la qarşılaşıb. Komandamız 7:1 hesablı qələbə qazanıb. 8 oyunda 17 xal toplayan “Qəbələ” turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.

 

U-17 “Neftçi”nin qonağı olub. “Qırmızı-qaralar” səfərdən xalsız ayrılıb – 2:4. Keçirdiyi 8 qarşılaşmada 9 xal yığan komandamız 11-ci pillədədir.

 

U-15 öz meydanında “Zirə”ni 2 cavabsız qolla məğlub edib. Komandamız 7 oyundan sonra 13 xalla 6-cı pillədə qərarlaşıb.