U-19 finala yüksəldi
Xəbərlər / 25 May 2021 | 19:59302
U-19 finala yüksəldi

“Qəbələ”nin U-19 komandası növbəti oyununu keçirib. “Qırmızı-qaralar” AFFA tərəfindən təşkil olunan “Gənclər Kuboku”nda yarımfinalın cavab görüşünə çıxıb. Famil Xəlilovun baş məşqçisi olduğu komanda öz meydanında “Qarabağ”la qarşılaşıb. Səfərdəki ilk matçda 1:1 hesablı heç-heçəyə nail olan “Qəbələ" doğma meydanda 3:2 hesablı qələbə qazanıb. Komandamızın heyətində Gülağa Əsədov iki, Hüseyn Mürsəlov bir qola imza atıb. Bununla da finala yüksələn “qırmızı-qaralar” həlledici görüşdə “Sabah”la üz-üzə gələcək.

Xatırladaq ki, U-19 1/4 finalda “Keşlə”ni hər iki oyunda məğlub edib – 3:2, 3:1.