U-19 liderə qalib gəldi
Xəbərlər / 18 Oktyabr 2023 | 20:091548
U-19 liderə qalib gəldi

“Qəbələ” akademiyasının komandaları liqalarda növbəti oyunlarını keçiriblər. Gənclər Liqasında mübarizə aparan U-19 evdə yarışın lideri “Səbail”i 2:1 hesabı ilə məğlub edib. 6 matçda 16 xal toplayan komandamız 3-cü pillədə qərarlaşıb. 

U-17 səfərdə “Zirə”yə uduzub – 0:5. Səkkiz oyundan sonra hesabında 19 xal olan “qırmızı-qaralar” turnir cədvəlində ikincidir.

“Turan Tovuz”u qəbul edən U-16 görüşdən üç xalla ayrılıb – 1:0. Komandamız 7 matçdan sonra 11 xalla 6-cı yerdə qərarlaşıb.