"Qəbələ" nin U-19 komandası AFFA Gənclər Liqasında növbəti oyununa çıxıb.
İkinci mərhələdə A qrupunda mübarizə aparan komandamız səfərdə “Neftçi” ilə qarşılaşıb. VI turun görüşündə meydan sahibləri qalib gəlib – 3:2. “Qırmızı-qaralar”ın hər iki qoluna Ariz Kərimov imza atıb.
VI turdan sonra komandamızın hesabında 9 xal var. Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Qəbələ” növbəti turda “Zirə”ni qəbul edəcək.