U-19 və U-15-dən qələbə
Xəbərlər / 9 Aprel 2025 | 15:001514
U-19 və U-15-dən qələbə

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.

 

“Qarabağ”ı qəbul edən U-19 üç xalı bir qolla qazanıb - 1:0. Gənclər Liqasının turnir cədvəlində 2-ci olan komandamız 27 oyunda 62 xal toplayıb.

 

U-17 evdə “Zirə”yə 1:2 hesabı ilə uduzub. 31 matçda 54 xal toplayan “qırmızı-qaralar” 7-ci sırada qərarlaşıb.

 

U-15 öz meydanında “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib. 26 oyunda 48 xal toplayan komandamız 5-ci pillədə qərarlaşıb.