U-19 və U-17-dən qələbə
Xəbərlər / 11 Aprel 2022 | 21:49204
U-19 və U-17-dən qələbə

“Qəbələ” akademiyasının komandaları növbəti oyunlarını keçirib. Gənclər Liqasında mübarizə aparan U-19 öz meydanında “Sabah”la qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” 19 oyunda 49 xal toplayaraq çempionatın lideridir.

U-17 evdə “Zaqatala”nı böyük hesabla məğlubiyyətə uğradıb – 3:0. 18 matçda 45 xal yığan komandamız 2-ci pillədə qərarlaşıb.

“Səbail”i qəbul edən U-16 meydandan xalsız ayrılıb – 1:3. 22 qarşılaşmadan sonra 31 xala malik “Qəbələ” turnir cədvəlində 4-cüdür.

U-15 Liqasında 1-8-ci yerlər uğrunda mübarizə aparan komandamız ikinci matçında “Sabah”ın qonağı olub. 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” 3 xalla 5-ci yerdə qərarlaşıb.