“Qəbələ”nin U-19 və U-17 komandaları mükafatlandırılıb. Gənclər Liqası və U-17 Liqasında çempion adına sahib çıxan “qırmızı-qaralar”ın təltifetmə mərasimi Qəbələ şəhər stadionunda təşkil olunub.
Gənclər Liqasında 2021/2022-ci illər mövsümünün çempionuna kubok, medallar və diplomlar verilib. U-17 Liqasının qalibinə də çempionluq kuboku, həmçinin medallar və diplomlar təqdim edilib. “Qəbələ”nin oyunçusu Şahin Şahniyarov isə U-17 Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.
Tədbirdə veteran futbolçu Vəli Qasımov, aşağı yaş qrupu üzrə milli komandaların koordinatoru Miloş Velebit və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev iştirak ediblər.