“Qəbələ”nin U-19 və U-17 komandaları növbəti oyunlarını keçirib. Təmsilçilərimiz AFFA tərəfindən təşkil olunan “Gənclər Kuboku” və “U-17 Kuboku”nda 1/4 finalın cavab görüşlərinə çıxıb.
Famil Xəlilovun baş məşqçisi olduğu U-19 komandamız “Keşlə”nin qonağı olub. Evdə 3:2 hesablı qələbəyə sevinən “qırmızı-qaralar” bu dəfə də rəqibinə qalib gəlib – 3:1. “Qəbələ”nin qollarına Nemət Şıxamirov, Mehrac Baxşalı və Rauf Məhərrəmov imza atıb.
Zaur Hacıyevin çalışdırdığı U-17 komandamız da U-19 kimi yarımfinala adlayıb. “Qəbələ” bu yaş qrupunda da mövsümə ardıcıl 2 qələbə ilə başlayıb. İlk görüşdəki 2:1 hesablı nəticədən sonra futbolçularımız yenə qalib gəlib – 3:1. Bu qarşılaşmada Samir Ağayev, Fuad Əhmədov və Okan Təhməzli fərqlənib.
Yarımfinalda U-19 “Qarabağ”la, U-17 isə “Neftçi” ilə görüşəcək.