Üç böyükhesablı qələbə
Xəbərlər / 9 Mart 2022 | 20:50191
Üç böyükhesablı qələbə

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçirib. U-17, U-16 və U-15 AFFA-nın təşkil etdiyi liqalarda turu böyükhesablı qələbə ilə başa vurub.

U-17 Liqasında “Keşlə”nin qonağı olan “Qəbələ” 4:1 hesabı ilə qalib gəlib. 16 matçda 39 xal toplayan komandamız turnir cədvəlində ikincidir.

Evdə “Azəri TİM”lə görüşən U-16 da eyni hesabla qələbə qazanıb. 18 oyunda 35 xal yığan “qırmızı-qaralar” 4-cü sırada qərarlaşıb.

U-15 Liqasının B qrupunda çıxış edən “Qəbələ” “Neftçi İK İB”lə səfər görüşündə 3 cavabsız qola sevinib. 20 matçda 43 xal yığan komandamız qrupda ikincidir.