Üç futbolçumuz Azərbaycan yığmasında
Xəbərlər / 13 May 2019 | 21:55268
Üç futbolçumuz Azərbaycan yığmasında

“Qəbələ”nin üç futbolçusu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına çağırılıb. Bunlar Murad Popov, Amin Seydiyev və Rövlan Muradovdur. Onlar millinin Sloveniyada təlim-məşq toplanışında iştirak edəcəklər. Futbolçularımız mayın 18-dən 28-dək davam edəcək hazırlıq prosesinə ayın 20-də, Azərbaycan kubokunun “Sumqayıt”la final matçından sonra qoşulacaq. Toplanış çərçivəsində yığmamız 2 yoxlama oyunu keçirəcək. Millimiz mayın 21-də Xorvatiyanın “Sloven Belupo-2” komandası ilə qarşılaşacaq U-21 mayın 27-də Lyublyana “Olimpiya”sının əvəzediciləri ilə görüşəcək.