Üç futbolçumuz Azərbaycan yığmasında
Xəbərlər / 24 Yanvar 2021 | 17:14326
Üç futbolçumuz Azərbaycan yığmasında

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Bakıda təşkil olunacaq hazırlıq prosesində “Qəbələ”nin üç futbolçusu da iştirak edəcək. Mehrac Baxşəli, Gülağa Əsədov və Emil Səfərov yanvarın 25-dən fevralın 7-dək keçiriləcək toplanışa dəvət olunan “22-lik”də yer alıb. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək.