Üç futbolçumuz oynadı, Azərbaycan millisi xal qazandı
Xəbərlər / 7 Sentyabr 2018 | 23:21261
Üç futbolçumuz oynadı, Azərbaycan millisi xal qazandı

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib. Yığmamızın Kosovo ilə ev matçında “Qəbələ”nin üç futbolçusu da iştirak edib. Bakı Olimpiya Stadionunda keçiriləm qarşılaşmanın start heyətində yer alan Ürfan Abbasov 90 dəqiqə meydanda olub. Rauf Əliyevlə Təmkin Xəlilzadə matçın gedişində komanda yoldaşlarını əvəzləyib. Təmkin 61-ci, Rauf 74-cü dəqiqədə oyuna daxil olub.

D liqasının 3-cü qrupunda keçirilən görüş 0:0 hesabı ilə başa çatıb. Azərbaycan millisi sentyabrın 10-da keçiriləcək II turda səfərdə Malta ilə qarşılaşacaq.