Azərbaycan Premyer Liqasında X turun rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb. “İnStat” şirkətinin təhlilinə əsasən tərtib olunan “11-lik”də “Qəbələ”nin üç futbolçusu yer alıb. Bunlar Davit Volkov, Qismət Alıyev və Fernan Lopezdir.
“Sabah”la qarşılaşmada (1:2) hesabı açan Volkov həm də turun oyunçusu seçilib. O, ən yüksək indeksə (299) malik olub.