16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. “Qəbələ”nin üç oyunçusu hazırlıq prosesinə dəvət olunub.
Həbib Hüşənov, Murad Əbilov və Ziya Şəkərxanov yığmanın toplanışında iştirak edəcək. Millimiz avqustun 6-dan 11-ə qədər Bakıda hazırlıq keçəcək.