“Qəbələ”nin üç futbolçusu Azərbaycanın U-17 yığmasına çağırılıb. Ülvi Mədətov, Rauf Rüstəmli və Mehrac Baxşəliyev 17 yaşadək futbolçulardan ibarət millinin təlim-məşq toplanışlarında iştirak edəcək. Onların heyətində yer aldığı yığmamız iyunun 7-dən 11-dək Bakıda, iyunun 12-dən 15-dək Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışı keçirəcək. Millimiz iyunun 13-də və 15-də adıçəkilən ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.